Bu ilin I yarısında Azərbaycanın bank sektorunun likvid aktivləri 5 % və yaxud 0,6 milyard manat azalaraq 12,5 milyard manata düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, likvid aktivlərin 33 %-i nostro hesablardakı vəsaitlər, 38 %-i qiymətli kağızlara investisiyalar, 18%-i nağd vəsaitlər, 11 %-i isə AMB-dəki müxbir hesablarda olan vəsaitlərdir.
Likvid aktivlərin 51 %-i milli valyutada, 49 %-i xarici valyutadadır.
"Sektorun likvidlik mövqeyi yeni monetar çərçivə və prudenisal alətlərin tətbiqi çərçivəsinə uyğunlaşıb. Sektorun ani likvidlik əmsalı 50 % olmaqla minimum normativi 20 faiz bəndi üstələyir. Sektorun aktivlərinin 25 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. Sektorda bütün banklar üzrə likvidliyin örtülmə əmsalı (LCR) müəyyən olunmuş normativi üstələyir. Likvidliyin örtülmə əmsalı məcmu və xarici valyutada müvafiq olaraq 141 % və 202 % təşkil edib. Likvidliyin örtülmə əmsalı yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanmasını təmin etməklə bankların qısamüddətli likvidlik şoklarına qarşı dayanıqlığını artırır, - deyə hesabatda qeyd olunub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb