28 sentyabr 2024 22:57
84

Rusiya Gürcüstan, Cənubi Ostetiya və Abxaziyanı barışdırmağa hazırdır

Gürcüstanın hazırkı rəhbərliyi keçmişi vicdanla qiymətləndirir.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Asambleyasının 79-cu iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan, Cənubi Osetiya və Abxaziya barışıqda maraqlı olarsa, Rusiya Federasiyası kömək etməyə hazır olacaq.

"Gürcüstan, Cənubi Osetiya və Abxaziya barışıqda maraqlı olarsa, Rusiya Federasiyası kömək etməyə hazır olacaq", - deyə Lavrov vurğulayıb. (APA)