29 sentyabr 2024 00:31
90

Mən əmr verdim və o, artıq aramızda deyil - Netanyahu

“Hizbullah” lideri Həsən Nəsrullahın zərərsizləşdirilməsi qərarı, digər məsələlərlə yanaşı, Livan ərazisindən atışmalara görə evakuasiya edilmiş İsrailin şimal bölgəsinin sakinlərinin öz evlərinə qayıtması üçün verilib.

“İki sahil” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciəti zamanı deyib.

“Nəsrullahın aradan qaldırılması şimal bölgələrinin sakinlərinin öz evlərinə salamat qayıtması və bölgədəki qüvvələr nisbətinin dəyişməsi və hədəflərimizə çatmaq üçün zəruri şərt idi. Nəsrullah sağ olduğu müddətcə “Hizbullah” məhv etdiyimiz potensialını tez bir zamanda bərpa edə bilirdi. Mən əmr verdim və o artıq aramızda deyil. Onun aradan qaldırılması sakinlərimizin şimaldakı evlərinə qayıtmasını, cənubdakı məhbuslarımızın da qayıtmasını yaxınlaşdırır”, - deyə o çıxışı zamanı bildirib. (APA)