29 sentyabr 2024 00:58
88

Husilər Ben Qurion hava limanına hücum etdiklərini bildirirlər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin baş naziri Binyamin Netanyahu ölkəyə qayıdarkən Ben Qurion hava limanına hücum ediblər.

“İki sahil” xəbər verir ki, bu açıqlama ilə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria çıxış edib.

"Raket qüvvələri İsrailin Ben Qurion adlı Yaffa hava limanını vurmaq üçün əməliyyat keçirib", - deyə Saria hərakata məxsus “Al Masirah” telekanalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zərbə İsrailin Qəzza zolağı və Livandakı hərəkətlərinə cavab olaraq ballistik raketlə endirilib.