Turizm sahəsi ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verməklə yanaşı, tarixi-mədəni irsimizin və müxtəlif sahələrdə əldə etdiyimiz nailiyyətlərin beynəlxalq platformalarda təqdim edilməsi baxımından da əhəmiyyətli rola malikdir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”dəki hesabında yazıb.
“Bu gün ölkəmizdə Turizm İşçiləri Günü qeyd olunur. Bu münasibətlə turizm sektorunun təmsilçilərinə təbriklərimizi çatdırır, uğurlar və yeni nailiyyətlər arzulayırıq”, - nazir əlavə edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb