Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrut rolu oynayacaq.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" mövzusunda dəyirmi masada bildirib.
O qeyd edib ki, nəqliyyat sektorunun "yaşıl transformasiya"sına ekoloji təmiz nəqliyyat vasitələrinin daha çox istifadəsi, davamlı ictimai nəqliyyat proqramlarının qəbulu, zəruri infrastrukturun qurulması və sərnişinlər üçün davamlı səyahət alternativlərinin artırılması ilə nail olmaq mümkündür: "Azərbaycan strateji infrastruktura sərmayə qoymaqla yerləşdiyi nəqliyyat marşrutlarının transformasiyasında mühüm addımlar atır. Azərbaycan rəhbərliyi ölkənin ərazi bütövlüyünü bərpa etdikdən sonra Zəngəzur dəhlizinin açılması ilə Avrasiya logistikasında əsas oyunçuya çevrilmək öhdəliyimizi daha da gücləndirir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2019-2023-cü illərdə 5,7 milyon tondan 13,4 milyon tona yüksəlib. Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhliz boyu "yaşıl transformasiya" təşəbbüslərinə sadiqdir".
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb