2020-ci ildən etibarən Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə "Xınalıq UNESCO-da 1 il" mövzusunda mediaturda deyib.
Onun sözlərinə görə, 41 evin isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib: “Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır. Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün, ümumilikdə ev üzrə təmir bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kv. metrdən çox ərazini əhatə edir".