Sumqayıtda bir neçə gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
“İki sahil” xəbər verir ki, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb. Yolu keçən piyada, 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyevi avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.