10 oktyabr 2024 08:32
445

Biləsuvarın pambıq tarlalarında yığıma başlanılıb

Biləsuvar rayonunda pambıq tarlalarında yığıma başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Məlumata görə, bu il rayonda 6 915,8 hektar sahədə pambıq əkilib. İndiyə qədər sahələrdən 420 ton məhsul toplanıb. Hər hektara görə, 31,2-32 sentner məhsul toplanacağı gözlənilir. Ötən il sahələrdən 18 538,98 ton məhsul əldə olunub və orta məhsuldarlıq hər hektara 27,5 sentner təşkil edib. Pambıq yığımına 52 maşın, 115 traktor və 265 yedəkli qoşqu cəlb olunub.

Yığımdan əvvəl pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə tarlalarda defolvasiya işləri aparılıb.