10 oktyabr 2024 08:54
401

Papa Fransisk Vatikanda Zelenskini qəbul edəcək

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Görüşün oktyabrın 11-də Müqəddəs Pyotr Kilsəsində keçiriləcəyi qeyd olunub. Bu, Ukrayna Prezidentinin Vatikanda Papa Fransisklə sayca üçüncü görüşü olacaq.

Volodimir Zelenskinin cümə günü, eyni zamanda, Romada İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşəcəyi bildirilir.