10 oktyabr 2024 09:18
458

Suraxanı rayonunda ferma yanıb

Bakıda ferma yanıb.

Bu barədə "iki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı rayonunda ferma ərazisində ümumi sahəsi 2000 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 2000 m² sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.