"COP29 çərçivəsində razılaşmalara dair keçirilən bu tədbirlər çox mühümdür. Biz gərək səylərimizi əsirgəməyək".
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) BMT-nin Baş katibinin müavini Amina Mohammed deyib. O bildirib ki, temperaturun 1,5 dərəcədən çox artmasına imkan verməməliyik: “Biz düzgün istiqamətdə addımlayırıq. Paris sazişinin imzalanması ilə biz 4 dərəcə ilə razılaşmışdıq, amma keçən il Duabyda 1,5 dərəcə ilə razılaşdıq. Mədən enerjisindən keçid bu dövrdə çox mühümdür. Beynəlxalq maliyyə institutlarının və inkişaf etməkdə olan dövlətlərin səsini ucaltmalıyıq. Bu gün böyük maliyyə boşluğu var. COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevirməlidir. Uğur mütləq olmalıdır ki, biz temperatur artımını 1,5 dərəcədə saxlaya bilək. Yeni mqəsədlər iqlim maliyyəsinə yeni baxışı fprmalaşdırmağa imkan verir. İnkişaf edən ölkələrin üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək edəcək. Yrni maliyyə mənbələri tapılmalıdır. Bütün tərəflərin vahid nəticəyə gəlmək niyyətini görürəm. İndo vaxt Paris sazişinin müddəalarının tətbiqnə çatıb. Bizim karbon bazarlarına ehtiyacımız var. Qaydalar hamı üçün eyni olmalıdır. Bütün sektorlar emissiualarını azaltmalıdır. Ölkələr mədən yamacağından ədalətli keçidi təmin etməlidirlər. Düşünürük ki, COP29 iddiaların uzlaşmasını ifadə etməli, konkret nətocələri ortaya qoymalıdır. Qlibal iddialar siyasi iradəsiz mənasızdır. Biz noyabrda COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın. BMT hər cür dəstəyə hazırdır”.