“COP29 iqlim dəyişmələri problemində praktiki həllər tapmağa imkan yaradır. Düşünürəm ki, COP29 bu istiqamətdə həlledici rol oynayacaq”.
“İki sahil” xəbər verir ki, bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən TROİKA ölkələrinin "1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbirdə COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O qeyd edib ki, COP29-da əsas diqqət iqlim dəyişikliyi üçün mübarizə metodları tapmağa yönələcək: “Biz təcrübələrlə yanaşı, eyni zamanda geniş tərəfdaşlıqlar qurub, mövcud tərəfdaşlıqları inkişaf etdirəcəyik. Dayanıqlı gələcək qurmaq, 1,5 planına sadiq qalmaq bizim əsas hədəfimizdir”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir