İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar.
“İki sahil” xəbər verir ki, bunu Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən PRE-COP29 açılış mərasimində deyib.
Onun sözlərinə görə, Sinqapur üçün beynəlxalq əməkdaşlıq çox əhəmiyyətlidir: "Sinqapur bir sıra ölkələrlə karbon texnologiyası sahəsində sazişlər imzalayıb. Əlbəttə, bu layihələrin icrasında risklər də var. Amma bu layihələrin üstünlüklərini də yüksək qiymətləndiririk".
Nazir bildirib ki, innovativ maliyyələrin cəlbinə ehtiyac var: "Biz bu məsələdə israrlıyıq. Eyni zamanda karbonsuzlaşdırma layihələri ilə bağlı özəl şirkətləri də cəlb etməliyik".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir