Bakıda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 60 qərarın qəbul ediləcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
Baş danışıqçı bildirib ki, bunlardan əsasları iqlim maliyyəsi və karbon bazarlarının formalaşmasıdır.
Y.Rəfiyevin sözlərinə görə, bu iki qərarın qəbulu tarixi nailiyyət olacaq.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir