Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb
“İki sahil” xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha” markalı motosikletin sürücüsünə “saxla” işarəsi verilib. Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi