Bakı və Mingəçevir şəhərləri, İmişli, Yevlax, Neftçala, Şəmkir, Bərdə, Xaçmaz, Oğuz, Astara rayonlarında balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələrdə 21-25 oktyabrda balıqların infeksion və invazion xəstəliklərinə qarşı epizootoloji monitorinqlər keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Monitorinqlər zamanı xüsusi təhlükəli balıq xəstəliklərinə görə laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə subyektlər üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlər zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.
Monitorinqlərdə Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri iştirak edəcəklər.
Aparılmış monitorinqlər barədə məlumatlar ictimailəşdirilib, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunaraq hesabata əlavə ediləcək.
Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır - Abbas Abbasov
Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb
Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur