15 oktyabr 2024 15:21
744

Ağdaşda kanaldan meyit tapılıb -  YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"İki sahil" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.