Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək.
“İki sahil” xəbər verir ki, bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, Şuşa şəhərində abidələrin bərpa olunması işləri davam edir: "Bu il Şuşanı xeyli sayda insan ziyarət edib, Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir. İnsanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”.
Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır - Abbas Abbasov
Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb
Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur