23 oktyabr 2024 09:26
313

Bakıda avtomobil 47 yaşlı qadını vurub

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Nuriyeva Rəsmiyyə Cahid qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.