28 oktyabr 2024 09:40
387

Maşının vurduğu piyada öldü

Qusarda ölümlə nəticələnən yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, rayonun Həzrə kəndində Ağasi Məmmədbəyov idarə etdiyi "LADA 21 10" markalı avtomobillə piyada Səlim Qubatovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.