28 oktyabr 2024 15:32
442

Sumqayıtda 46 yaşlı ustanı cərəyan vuraraq öldürüb

Sumqayıtda 46 yaşlı ustanı elektrik cərəyanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə “Mero” adlanan ərazidə qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədovu işlədiyi fərdi evdə elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Fakt araşdırılır.