2024-cü ilin yanvar-sentyabr ayları ərzində 112 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Qeyd edilib ki, onların 53,3%-ni kişilər, 46,7%-ni isə qadınlar təşkil edib.