29 oktyabr 2024 13:48
419

Bağçalarda işləyən 5 min nəfərin ixtisasında bu sahə ilə bağlı uyğunsuzluqlar var- MÜTDA

Bağçalarda işləyən pedaqoji və tərbiyəçi-müəllim heyətindən təxminən 5 min nəfərin ixtisaslarında bu sahə ilə uyğunsuzluqları var.

“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, onlar arasında keçirilən diaqnostik qiymətləndirmənin nəticəsi var və bu, təhlil edilir: "Yekunla bağlı ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat veriləcək".