30 oktyabr 2024 12:37
270

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürməkdə ittiham olunan ataya hökm oxunub-

Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub.