31 oktyabr 2024 09:45
347

Neftçalada motosiklet aşıb, sürücü ölüb

Neftçalada "Muravey" markalı motosiklet aşıb.

“İki sahil” xəbər verir ki, Murtuzəli Rzayev idarə etdiyi "Muravey" markalı motosikleti daş hasara çırparaq aşırıb.

Nəticədə sürücü xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.