Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Hidayətov Zöhrab Raqub oğlu, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun məhkəmə prosesi keçirilib.
“İki sahil” xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə cinayət iş üzrə hazırlıq iclasının davamı keçirilib.
Təqsirləndirilən Şirinov Elvin Valeh oğlu və Hidayətov Zöhrab Raqub oğlunun barələrində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra vəsatətin təmin edilmədiyi açıqlanıb.
İşin məhkəmə baxışına təyin olunmasına qərar verilib.
Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.