01 noyabr 2024 08:13
728

İki maşın toqquşub

Bakının Nərimanov rayonunda 36 yaşlı kişi yol qəzasında xəsarət alıb.

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Zülfüqarov Vasif Vaqif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.