01 noyabr 2024 13:10
266

Xaçmazda döyülən 57 yaşlı kişi xəstəxanada ölüb

Xaçmaz rayonunda döyüldüyü bildirilən şəxs xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 1967-ci il təvəllüdlü Akif Mövsüm oğlu Qəribov Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində həyatını itirib.

Qeyd edək ki, A.Qurbanov bir neçə həftə əvvəl baş nahiyəsinin ağır xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparılır.