SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) COP29-un “International Conference of ELSA on Climate Change and Energy Law” tədbiri baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BANM rektoru Elmar Qasımov COP29 çərçivəsində keçirilən tədbirin önəmi barədə çıxış edib, ekoloji problemlərin qlobal səviyyədə artan təsirini vurğulayıb. Rektor tələbələri təbiətin qorunması və davamlı inkişaf üçün daha məsuliyyətli olmağa çağırıb.
Daha sonra “EY Azerbaijan”, “PwC Azerbaijan”, eləcə də “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nümayəndələri təqdimat ediblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.
Tədbir ELSA Azərbaycanın təşkilatçılığı ilə baş tutub.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir