"Euronews" Azərbaycanda COP29-a hazırlıq prosesi ilə bağlı reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, reportajda bildirilir ki, COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi olacaq.
"Bakıda Olimpiya Stadionunun yanında 112 min m²-lik bir meydança yaradılıb və burada iqlim maliyyələşdirilməsi və tullantıların azaldılması ilə bağlı mühüm məqsədləri müzakirə etmək üçün 40 mindən çox nümayəndə və dünya liderləri toplanacaq. Azərbaycan COP29-un ev sahibi olmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir", - süjetdə deyilir.
Burada, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılmış şərait, nəqliyyatın intellektual idarə olunması tədbirləri və genişləndirilmiş yerləşdirmə imkanları vurğulanır ki, bu da Azərbaycanın tədbiri keçirməyə hazırlığını göstərir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir