Azərbaycanda keçirilən COP29 heyrətamizdir. COP29-un Azərbaycanda, xüsusilə Bakı kimi gözəl bir şəhərdə keçirilməsi möhtəşəmdir. İlk gün olduğu üçün çox həyəcanlıyam.
“İki sahil” xəbər verir ki, bunu COP29 Yaşıl Zonada sərgi pavilyonunda stend ilə təmsil olunan “ACWA Power” şirkətinin baş investisiya direktoru Tomas Brostrom deyib.
Onun sözlərinə görə, COP29-da iştirak üçün geniş proqram hazırlayıblar və Azərbaycan onlar üçün vacib bazardır. Ötən il Dubayda baş tutmuş COP28-lə builki COP29-u müqayisə edən Tomas Brostrom bildirib ki, regionda ilk dəfədir belə genişmiqyaslı və olduqca əhəmiyyətli tədbir keçirilir.
“Biz regiona 20-yə yaxın layihə, 15 milyard dollardan çox sərmayə qoymuşuq. Gələcəkdə “ACWA Power” ilə Azərbaycan arasında çox böyük layihələr həyata keçiriləcəyini düşünürəm”, - deyə Tomas Brostrom vurğulayıb.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib