Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alamın rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak etmək üçün Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, nümayəndə heyəti İqlim Dəyişiklikləri Nazirliyinin parlament katibi Atiqur Rəhman, vəzifəli şəxslər, tədqiqatçılar, alimlər və digər iqlim ekspertlərindən ibarətdir.
Romina Xurşid Alam konfrans zamanı Pakistanın iqlimə uyğunlaşması və ekoloji sabitliyi üçün ölkədə görülən adaptasiya tədbirlərini diqqətə çatdıracağını bildirib. O, həmçinin Bakıda ətraf mühitin maliyyələşdirilməsinin gündəliyini irəli sürmək üçün müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir