11 noyabr 2024 15:43
398

İsveçli iştirakçı: COP29-un keçirildiyi məkan çox mütəşəkkil görünür

"İlk səfərim olsa da Bakı şəhəri ilə bağlı təəssüratlarım olduqca müsbətdir. Şəhər olduqca gözəldir. COP29-un keçirildiyi məkan çox mütəşəkkil görünür".

“İki sahil” xəbər verir ki, bu sözləri Elm, Davamlılıq və İqlim Tədqiqatı təşkilatının rəhbəri olan isveçli Aleksandr Şmidt deyib.

O, COP29-dan gözləntilərini də açıqlayıb: "Danışıqlar üçün gündəmimizdə bir çox məsələ var. Enerji keçidi, təbiəti qorumaq və bir araya gəlməkdə hər birimiz eyni problemlərlə üzləşirik. Mövzuların əhəmiyyəti üzərində işləmək lazımdır. COP29-dan əsas ümidim maliyyələşmədə irəliləyişə nail olmaqdır".