Bakıda keçirilən COP29 çərçivəsində böyük britaniyalı fermer “Davamlı və Təhlükəsiz Qida” təşkilatının qurucusu Patrik Holden ilə dialoq keçirilib.
“İki sahil” xəbər verir ki, fermer ekoloji cəhətdən təmiz qida və digər kənd təsərrüfatı məhsullarının istehsalı haqqında geniş məlumat verib.
Nəzərə çatdırıb ki, sıfır emissiya floranın qorunmasına və kənd təsərrüfatı məhsullarının qatqısız istehsalına imkan verir. Onun fikrincə müasir dünyada ekoloji təmiz və pestisidsiz məhsul istehsalını artırmaq lazımdır.
“Kəndlərdə əldə edilən süd ekoloji təmiz olarsa ondan hazırlanan süd məhsulları da orqanizm üçün faydalı olar. COP kimi tədbirlər olduqca əhəmiyyətlidir. Bütün dövlətlər diqqətini Azərbaycana yönəltməli və burada keçirilən COP29-da müzakirə olunan məsələlərə diqqətlə yanaşıb, nəticə çıxarmalıdırlar”, - deyə britaniyalı fermer bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir