COP tədbiri Türk dünyasında ilk dəfə olaraq keçirilir və bu, hamımız üçün böyük önəm daşıyır.
“İki sahil” xəbər verir ki, bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
TDT-nin Baş katibi qeyd edib ki, bu tədbir təkcə Azərbaycan üçün deyil, eyni zamanda, Türk dünyası üçün əhəmiyyətlidir: “Hazırda COP29-un əsas mövzularından biri yaşıl dünyadır. İqlim dəyişikliyi ilə mübarizə üçün bütün ölkələrin, liderlərin, ekspertlərin və beynəlxalq təşkilatların bir araya gələrək həll yolları tapması olduqca vacibdir.
Ümid edirəm ki, bu günlər ərzində maliyyələşdirmə məsələsi də daxil olmaqla iqlim dəyişikliyinə qarşı həll yolları tapılacaq”.
Kubanıçbek Ömüralıyev COP29-un Bakıda keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir