COP29-dan çox gözləntim var. Əvvəla, bu möhtəşəm tədbirdə iştirak edən insanlar burada olmaqdan çox məmnundurlar. Siz gözəl ev sahibisiniz. İndiyə qədər hər şey yüksək səviyyədə təşkil olunub. Şəhər gözəldir. Burada, bu gözəl şəhərdə olmaqdan çox xoşbəxtəm.
“İki sahil” xəbər verir ki, bunu Dominikan Respublikasının ölkəmizdəki səfiri Elvis Antonio Alam Lora söyləyib.
Ölkəsinin iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizəsindən danışan səfir Karib dənizinin ortasında bir ada olduqlarını bildirib.
“Biz Amerika qitəsinin mərkəzindəyik. Təbii ki, buna görə də iqlim dəyişikliyi bizə çox təsir edəcək. Biz çoxlu layihələrə nail olmuşuq: yeni enerji layihələri, günəş enerjisi, bəndlər. Kiçik bir ölkə olsaq da, öz üzərimizə düşəni edirik”, - deyə səfir qeyd edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir