Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya, o cümlədən Bosniya və Herseqovina, eləcə də bütün Cənub-Şərqi Avropa üçün çox mühüm hadisədir.
“İki sahil” xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beciroviç "AnewZ" televiziya şirkətinə bildirib.
“Ümid edirəm ki, birlikdə bütün dünya üçün daha yaxşı gələcəyə çalışacağıq”, - o vurğulayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və COP29-a dəvətə görə minnətdarlığını bildirib. O, həmçinin bu tədbirin Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və uğurlu olacağına əminliyini bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir