Uxnaaqiyn Xurelsux: COP29-un Bakıda keçirilməsi təşəbbüsü münasibətilə Prezident İlham Əliyevi təbrik edirəm
COP29 iqlim konfransı iqlim dəyişikliyi sahəsində hədəflərə çatmaq və istixana qazı emissiyalarını azaltmaq üçün açardır.
“İki sahil” xəbər verir ki, bunu “AnewZ” telekanalına açıqlamasında Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux deyib.
O bildirib ki, ən başlıca məqam ümumi gündəliyin olmasıdır.
“İkincisi, bütün ölkələr eyni istiqamətə baxmalıdır. Biz həmçinin iqlimin maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirməliyik. Bunu indi etməsək, dünya öz axarı ilə gedəcək və bizsiz də mövcud olmağa davam edəcək”, - Monqolustan lideri söyləyib.
O, həmçinin COP konfransının Bakıda keçirilməsi təşəbbüsünə görə Azərbaycanı və ölkə Prezidenti İlham Əliyevi təbrik edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir