COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kronun rəhbərlik etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub.
“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Qarşı tərəflə Orta Dəhlizin inkişafına və limanın regionda əsas nəqliyyat və logistika qovşağı olmasına dair müzakirə apardıq. Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər barədə məlumat verdik", - paylaşımda bildirilir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir