Təbii fəlakətlər ölkələri bunun üçün tədbirlər görməyə vadar etməlidir.
“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünya ölkələrinin, xalqlarının problemlərinə nə qədər ciddi yanaşmasının bariz nümunəsidir:
"Heç bir ölkə belə ağır yükün altına girmək istəməz. Azərbaycanın ev sahibliyi etdiyi digər tədbirlər kimi, COP29-u da uğurla başa vuracağını düşünürəm. İqlim dəyişikliyi bütün ölkələri maraqlandıran məsələdir. İqlim dəyişikliyi, onu ağırlaşdıran müharibələr, təbii fəlakətlər ölkələri bunun üçün tədbirlər görməyə vadar etməlidir".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir