Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində “Neft və dünyada baş verən son dəyişikliklər” mövzusunda mətbuat konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, mətbuat konfransında beynəlxalq ekoloji təşkilatların nümayəndələri - Sindra Şarma (PICAN), Bronven Taker (Oil Change International) və Diin Bebhe (Power Shift Africa) qısa açılış nitqləri ilə çıxış ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb.
Mətbuat konfransı zamanı XXI əsrin üçüncü onilliyində neft hasilatı və neft məhsullarının gələcək istehsalının ətraf mühitə təsiri, neft korporasiyalarının iqlimin qorunmasına töhfəsi, qeyri-hökumət təşkilatlarının bu sahəyə həsr olunmuş proqramlarının maliyyələşdirilməsi məsələlərinə toxunulub.
Natiqlər müəyyən edilmiş problemlərin həlli yollarının tapılmasında hazırkı COP-un mühüm rolunu qeyd ediblər.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir