Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “Korporativ Dayanıqlılıq və İqlim Fəaliyyəti” mövzusunda tədbir keçirilib.Həmçinin nümunəvi korporativ öhdəlikləri nümayiş etdirən aşağı karbon emissiyalı əməliyyatlar, dayanıqlı təchizat prosesləri və yaşıl texnologiya sahəsində innovasiyalara keçid müzakirə mövzusu oldu.
Moderator qismində isə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov çıxış edib.
Spikerlər arasında “GreenTech” şirkətinin sədri, “Qarabağ” FK-nın prezidenti, İnkişaf üçün Tahir Gözəl Təşəbbüsü”nün (TGID) prezidenti və təsisçisi Tahir Gözəl, İqlim, Deloitte Braziliyada İqlim, Dayanıqlılıq və Bərabərlik üzrə rəhbər Maria Peres, Bank ABB-nin İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü, transformasiya üzrə baş administrator Taleh Tahirli, “Spiro”şirkətinin baş icraçı direktoru Kaushik Burman yer alıblar.
Tədbirdə ABB-nin idarə heyətinin sədr müavini Taleh Tahirli, "Spiro"nun həmsədri Kauşik Burman, "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl, "Deloitte" şirkətinin "Green Space Tech" təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya və dayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi Maria Peres çıxış etdilər.
Çıxışlar zamanı onlar əsasən korporativ dayanıqlılıq təcrübələrinin qlobal iqlim səylərini necə əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyindən danışıblar.
Orxan Vahidoğlu, "İki sahil"
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib