Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Monteneqro, Latviya, Böyük Britaniya, eləcə də Birləşmiş Millətlər Təşkilatından (BMT) olan bir sıra üzvləri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəliblər.
“İki sahil” xəbər verir ki, onların sırasında Monteneqro Prezidenti Yakov Milatoviç, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Açim Steiner, Latviyanın keçmiş prezidenti Vaira Vire Freiberqa, Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey var.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən olan Monteneqro Prezidenti Yakov Milatoviç bu gün Mərkəzi ziyarət edib.
Mərkəzdə ona “Qələmin sehri: Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş miniatürlər” adlı xüsusi nəşr təqdim edilib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir