Bu fikirləri Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “Korporativ Dayanıqlılıq və İqlim Fəaliyyəti” mövzusunda keçirilən tədbirdə “GreenTech” şirkətinin sədri, “Qarabağ” FK-nın prezidenti, İnkişaf üçün Tahir Gözəl Təşəbbüsü”nün (TGID) prezidenti və təsisçisi Tahir Gözəl deyib.
T.Gözəl öz ticarət şirkətini bağlayaraq kənd təsərrüfatı işinə başladığını diqqətə çatdırıb: “Bilirəm ki, Azərbaycanda 1,2 milyon insan bu sektorda çalışır. Ancaq yenə də çox-çox zəif sektordur. Dəyər əlavəsi çox aşağıdır. Minlərlə hektar torpaq, tonlarla gübrə, böyük həcmdə su sərfiyyatı. Mən bilirdim ki, bu dayanıqlı biznes modeli deyil. Ona görə tədqiqata başladıq. Yenilik üçün nə edə bilərik? Biz cavabı Hollandiyada tapdıq. Geslama getdik, tapa bildiyimiz ən heyranedici istixana strukturlarına investisiya etdik. Bu, həqiqətən qeyri-adi idi. Fakt odur ki, istixana içərisində ətraf mühiti nəzarətdə saxlamaq mümkündür və zərərvericilərin içəri girməsinin qarşısını almaq olur. Açıq havada olduğundan 85% az gübrə istifadə edirik. Daha sürətli suvarma edirik,buna görə də 95% daha az su istifadə edirik. Bu, inanılmazdır.”
Orxan Vahidoğlu, “İki sahil”
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib