Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qalır və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi konfransı (COP29 nəzərdə tutulur – red.) Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.
“Bakıda davam edən BMT-nin iqlim dəyişikliyi konfransında iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən yaranan problemləri və davamlı gələcək üçün onların effektiv həlli yollarını müzakirə etdik”, – deyə Baş nazir vurğulayıb.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib