Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir.
“İki sahil” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.
"Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.
A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən "yaşıl texnologiya”lara çıxışına kömək etmək vacibdir.
Belarus Prezidenti qeyd edib ki, ötən ilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir