Dostum və qardaşım Prezident Əliyevi, Azərbaycan hökumətini COP29-un mükəmməl təşkilinə görə təbrik etmək istəyirəm.
“İki sahil” xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso noyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
Yaradılan şəraitdən və yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edən dövlət başçısı belə bir tədbirin keçirilməsini Azərbaycanın böyük uğuru adlandıraraq bildirib: “Bu tədbirdə dünyanın bütün ölkələri təmsil olunur. Belə genişmiqyaslı tədbiri keçirə bilmək böyük uğurdur. Dünən biz Paris Sazişinin karbon məsələləri üzrə 6-cı maddəsinin mexanizmlərinin qəbulunu alqışladıq. Bu, COP29-un uğurudur”.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib