12 noyabr 2024 17:49
441

COP29-da “Perspektivlərin yüksəldilməsi iqlim fəaliyyəti: Müxtəlif səslərin mərkəzləşdirilməsinin vacibliyi” mövzusu müzakirə olunub

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu sessiyası (COP29) çərçivəsində “Perspektivlərin yüksəldilməsi iqlim fəaliyyəti: Müxtəlif səslərin mərkəzləşdirilməsinin vacibliyi” mövzusu müzakirə olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə “Helenin Qızları” birliyinin icraçı direktoru Keithlin Caroo-Afrifa və UNIPCC-nin nümayəndəsi Samantha Thian iqlim problemində fərqli çağırışlar ilə bağlı müzakirələrlə çıxış ediblər.

Tədbirdə qeyd olunub ki, iqlim fəaliyyəti çərçivəsində dünyanın müxtəlif yerlərindən insanlar eyni problem ətrafında mübarizə aparmalıdır.

Müzakirələr sual-cavab hissəsi ilə davam edib.