Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib.
“İki sahil” xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda Bakıda jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.
“İki ölkə arasında çox gözəl iqtisadi əlaqələr mövcuddur. O cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrimizin ənənəvi hissəsini təşkil edir. İnanıram ki, bu əlaqələr ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcək”, - deyə Polşa Prezidenti əlavə edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir